Qaynını güllələyən şəxs həbsdə ÖLDÜ

 10:06 18.04.2025     201

Şəki Penitensiar Mərkəzində cəza çəkən məhkum vəfat edib.

Redaktor.az xəbər verir ki, ötən gecə 1960-cı il təvəllüdlü Vidadi Balıyev kəskin ağciyər və ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, V.Balıyev qəsdən adam öldürmə cinayətinə görə həbsdə idi. O, 2017-ci ildə Şəkidə meşə ərazisində qaynını güllələyərək qətlə yetirib (Qafqazinfo).