Qubada yeddi kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi - FOTO

 16:41 18.04.2025     189

Qubanın Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə gedən yollarda hərəkət məhdudlaşıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, Quba-İspik-Xınalıq avtomobil yolunun 37-ci km-dən 50-ci km-ə qədər 1 metrə qədər qar yağıb. Eyni zamanda müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb. Hazırda yolun açılması istiqamətində işlər görülür.

Adıçəkilən kəndlərə aparan alternativ yol olan Quba-Alpan-Xınalıq yolu da qar səbəbindən bağlıdır.

İntensiv yağışlar elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, naqillər qırılıb.

Qeyd edilən kəndlərə enerji verilişi dayanıb.

Qubada qar və yağışla əlaqədar 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - FOTO Qubada qar və yağışla əlaqədar 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - FOTO Qubada qar və yağışla əlaqədar 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - FOTO