Bu küçədə hərəkət MƏHDUDLAŞDIRILACAQ

 16:00 19.04.2025     112

Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) bu gecədən etibarən hərəkət məhdudlaşdırılacaq. 

Bu barədə Redaktor.az-a AAYDA-dan bildirilib.

Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.