Sumqayıtda ticarət mərkəzində baş verən yanğın söndürüldü - YENİLƏNİB

 23:23 19.04.2025     167

Sumqayıt şəhərində ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb”, – məlumatda qeyd olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.