Ağstafada toydan 2 yaşlı uşağı qaçıran şəxs SAXLANILDI

 00:25 20.04.2025     120

Toydan 2 yaşlı uşağı qaçıran şəxsi polis saxlayıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, aprelin 19-da Ağstafa rayon Aşağı Göycəli kəndi ərazisində keçirilmiş toy mərasimindən 2 yaşlı qız uşağının qaçırılması barədə məlumatlar yayılıb.

Məlumata görə, 57 yaşlı Telman Omarov uşağı qaçıraraq yaşadığı evə gətirib, onu almaq üçün gələn valideynlərinin üzərinə həyətdə saxladığı iti buraxıb.

Sərxoş vəziyyətdə olan kişi polis əməkdaşları tərəfindən saxlanılıb, uşaq valideynlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.