Gəncədə 35 yaşlı kişi ayağından BIÇAQLANDI

 19:38 20.04.2025     118

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

35 yaşlı E.İsmayılov bud nahiyəsinin kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə yardım edilib. Onun hansı səbəbdən bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.