Ağstafada yük maşını aşdı, Türkiyə vətəndaşı xəsarət aldı

 23:00 20.04.2025     374

Bakı-Qazax-Gürcüstan yolunda yük maşını aşıb, Türkiyə vətəndaşı xəsarət alıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki,  hadisə magistral yolun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 1974-cü il təvəllüdlü Fərruh Perçinin idarə etdiyi “TIR” tipli yük avtomobili aşıb.

Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən