Tərtərdə ailə dəm qazından məhv oldu - ata, ana, 2 övlad...

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü: Tağızadə Rüfət Mais oğlu, həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı və övladları Ümid və Sərəyya yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.