Sumqayıtda fabrikdə kütləvi zəhərlənmə - 19 nəfər xəstəxanaya çatdırıldı

Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.
Redaktor.az-ın məlumatına görə, hadisə ilə bağlı Sumqayıt Tibb Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:05 radələrindən başlayaraq Mərkəzin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
“Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.
Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda vurğulanıb.