Maştağada dayıqızı-bibiqızı itkin düşdü - FOTO

 18:10 21.04.2025     273

Bakının Maştağa qəsəbəsində iki qız itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə metbuat.az-a onların valideynləri məlumat verib.

Belə ki, 16 aprel axşam saat 20:00 radələrində 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər. Onlar dayı qızı–bibi qızıdırlar.

Qeyd edək ki, qızların itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

Vumart və Güvən reklamı Vumart Güvən