Türkiyədə sahibsiz itlər ana və qızına hücum ETDİ

 21:21 21.04.2025     88

Türkiyənin Qaziantep şəhərinin İslahiye rayonunda küçədə gedən ana və 10 yaşlı qızına sahibsiz itlər hücum edib. Hadisə zamanı ana qızını qorumağa çalışıb, ətrafdakı vətəndaşlar isə müdaxilə edərək itləri daş atmaqla uzaqlaşdırıblar.

Redaktor.az xəbər verir ki, hadisə Çamlıca məhəlləsinin İstasyon Caddesi ərazisində baş verib. Ana və qızın adları açıqlanmasa da, vəziyyətlərinin yaxşı olduğu bildirilib.

Kənan YUSİF