Tanınmış jurnalist vəfat etdi - FOTO

 12:06 22.04.2025     209

Jurnalist və şair Pənah Rüstəm vəfat edib. 

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Gülnaz Qəmbərli məlumat paylaşıb.

Bildirilib ki, Pənah Rüstəm uzun sürən xəstəlikdən sonra aprelin 22-də 69 yaşında dünyasını dəyişib.

Mərhumla vida mərasimi Təzə Pir Məscidində olacaq.

Qeyd edək ki, Pənah Rüstəm AZTV-də, “Bakı-Baku”, “Vışka” qəzetlərində, MPA İnformasiya Agentliyində müxtəif vəzifələrdə çalışıb.