Şantaja görə tutulan şəxslərin şok əməlləri üzə ÇIXDI

Mingəçevirdə vətəndaşa hədə-qorxu gələrək xeyli pul alan şəxslər tutulublar.
Redaktor.az xəbər verir ki, şəhər sakini polisə müraciət edərək iki nəfər şəxsin onun oğlu barəsində sosial şəbəkələrdə videogörüntülər yayacaqları ilə hədələdiklərini və bu yolla 6 min avro pulunu ələ keçirdiklərini bildirib.
Mingəçevir Şəhər Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Ceyhun Mayılov və 41 yaşlı Əziz Əlili saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, hər 2 şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.