Şərurda 3 yaşlı körpə suvarma kanalına düşərək ÖLDÜ

 22:16 22.04.2025     61

Şərur rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, 2022-ci il təvəllüdlü Rzayeva Damla Amin qızı yaşadığı Şərur şəhərində yaşayış evinin qarşısından keçən suvarma kanalına düşərək boğulub ölüb.

Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.