Ana doğuş zamanı ÖLDÜ - YENİLƏNİB

 12:01 23.04.2025     318

Masallıda doğuş zamanı ölən qadınla bağlı açıqlama verilib. 

Redaktor.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, aprelin 23-ü saat 00:05 radələrində 1989-cu il təvəllüdlü şəxs 40 həftə 3 gün hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Zəruri tibbi müayinələr aparılıb, doğuşun konservativ-gözləyici taktika ilə aparılması qərarına alınıb. Saat 03:00 radələrində hamilənin səhhətində qəflətən pisləşmə müşahidə olunub və aparılan zəruri reanimasiya tədbirlərinə baxmayaraq, aprelin 23-ü saat 03:26-da ölüm faktı qeydə alınıb.

Hazırda ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar aparılır. 

Qeyd edək ki, ölümün birbaşa səbəbi yalnız məhkəmə-tibbi ekspertiza (təşrihin) nəticəsində mümkündür.

11:30

***

Masallıda doğuş zamanı ana ölümü baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Masallı sakini 40 həftəlik hamilə Nərmin Mehbalıyeva doğuş zamanı ölüb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.