Bank kartından 5000 manat oğurlayan şəxs saxlanıldı

Bakının Yasamal rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartından 5000 manatının oğurlanmasını bildirib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən daxil olan məlumatda deyilir.
Qeyd olunub ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı M.Vəliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.