Kəlbəcərdə ağır qəza baş verdi - ölən var

 21:40 23.04.2025     204

Kəlbəcərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “KİA” markalı avtomobil qarşıdan gələn betonqarışdıran avtomobillə toqquşub. 

Nəticədə minik avtomobilinin sürücüsü, 1957-ci il təvəllüdlü Azad Zeynalov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.