Naxçıvanda baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

Xəbər verdiyimiz kimi, Naxçıvanda 75 yaşlı Zeynəb İsmayılova öldürülərək quyuya atılıb.
Redaktor.az Baku TV-yə istinadən xəbər verir ki, qadının qonşuları hadisənin təfərrüatları barədə danışıb.
“Su qabını bizə qoymuşdu ki, gəlib götürəcəyəm. Getdim onlara, gördüm ki, qapıya bir qıfıl vurub, halbuki o, həmişə iki qıfıl vurardı. Həyətlərindən boylandım, evin işığı yanırdı. O heç vaxt evin işığını yanılı qoymazdı. Qohumlarına zəng etdim ki, iki gündür evə gəlmir”, - deyə qonşu bildirib.
Qeyd edək ki, 75 yaşlı qadının həmkəndlisi 1986-cı il təvəllüdlü Aypara Əskərova tərəfindən öldürülərək quyuya atıldığı ehtimal edilir.
Ətraflı süjeti təqdim edirik: