Zavodda bədbəxt hadisə - qadının barmaqları amputasiya olundu

Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən zavodlardan birində bədbəxt hadisə baş verib.
Redaktor.az-ın "Qafqazinfo"ya istinadla məlumatına görə, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının 2 barmağı amputasiya olunub.
Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.