Lerikdə mikroavtobus aşdı - ÖLƏN VAR

Lerik rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.
İlkin məlumata əsasən, "Ford" markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.