Qubada sahibsiz it 7 yaşlı uşağı və iki qadını DİŞLƏDİ - YENİLƏNİB

 16:11 24.04.2025     180

Bu gün saat 12:20 radələrində Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 1970-ci il təvəllüdlü şəxsə (qadın cinsli) qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 1967-ci il təvəllüdlü şəxsə (qadın cinsli) isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin olunub.

Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

2018-ci il təvəllüdlü şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. 1967 və 1970-ci il təvəllüdlü şəxslər isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

***

Quba rayonunun ll Nügədi kəndi ərazisində sahibsiz it sakinlərə hücum edib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hücum edib. İt məktəblinin başına xəsarət yetirib. Azyaşlıya köməyə gələn 2 qadını da həmin it dişləyib.

Xəsarət alanlar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.