Xırdalanda küçədə meyit aşkarlandı

Abşeronda 45 yaşlı kişi meyiti aşkarlanıb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində qeydə alınıb.
1980-ci il təvəllüdül Cavad Şakir oğlu Qədirovun meyiti küçədə aşkar edilib.
Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.