Tovuzda fərdi evdə yanğın OLDU

Tovuzda fərdi evdə yanğın olub.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.
Kənd sakini A.Mehdiyeva məxsus, ümumi sahəsi 120 kvadratmetr olan fərdi evdə baş vermiş yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.

