Bakıda evdən professorun meyiti tapıldı - FOTO

 09:40 25.04.2025     245

 Bakıda mənzildən meyit tapılıb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, aprelin 24-ü saat 12 radələrində 1947-ci il təvəllüdlü Rahilə Hüseyn qızı Quliyevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Yasamal rayonu Şərifzadə küçəsi ev 408 ünvanındakı mənzildə tapılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bildirilib ki, vəfat edən R.Quliyeva Bakı Slavyan Universitetinin Dissertasiya şurasının sədri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya elmləri doktoru olub.

Universitetin rektoru Anar Nağıyev sosial şəbəkədə onun vəfatı ilə əlaqədar başsağlığı paylaşaraq R.Quliyevanın son günlərədək elmi fəaliyyətini davam etdirdiyini və bir neçə gün öncəyədək universitetə gəldiyini qeyd edib.