Qadından şantajla pul tələb edən şəxs SAXLANILDI

Paytaxt sakini olan bir qadından sosial şəbəkələrdə barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 800 manat alan şəxs saxlanılıb.
Redaktor.az xəbər verir ki, daxil olmuş müraciət əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu yolu ilə pul tələb edən 26 yaşlı T.Məmmədli tutulub.
Fakta bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.