Oğuzda kanaldan qadın meyiti TAPILDI

Oğuz rayonunda 80 yaşlı qadının meyiti kanaldan tapılıb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kərimli kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1945-ci il təvəllüdlü Qənirə İsmayıl qızı Həsənova aprelin 25-i səhər saatlarında itkin düşüb, ancaq axşam saatlarında kənd ərazisindəki kanalda onun meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.