Naxçıvanda külək irigövdəli ağacı yola AŞIRDI

Naxçıvanda güclü külək əsib, irigövdəli ağac avtomobil yoluna aşıb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb.
Hadisə yerinə cəlb olunan Naxçıvan Yaşıllaşdırma Xidmətinin əməkdaşları ərazini təmizləyib. Bundan başqa, budaqları qırılan ağaclarda budanma işləri aparılıb.