Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı - XƏSARƏT ALAN VAR

 09:10 26.04.2025     248

Şamaxıda mikroavtobus qəzaya uğrayıb.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Hacıqədirli kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya müraciət edib. 

Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb. 

Qeyd edək ki, xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki,  yol-nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.