Bakı bulvarında gəzintiyə çıxan vəkil qəfil öldü - FOTO

 10:45 26.04.2025     241

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib.

Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində Vəkillər Kollegiyasının üzvü, 1975-ci il təvəllüdlü vəkil Kənan Saleh oğlu Əliyev qəfil vəfat edib.

Dənizkənarı Milli Parkda gəzinti zamanı dünyasını dəyişən vəkilin ölümünə ürək çatışmazlığının səbəb olduğu bildirilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.