Polis Xəzər və Nizami rayonları ərazisində oğurluq edən şəxsləri saxladı

 15:39 26.04.2025     135

Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 30 yaşlı C.Təhməzov saxlanılıb. Ondan psixotrop maddə metamfetamin aşkarlanıb.

Araşdırmalarla müəyyən olunub ki, saxlanılan şəxs Xəzər rayonu ərazisində yerləşən üç evdən və bir nəfərə məxsus torpaq sahəsindən oğurluq edib, nəticədə zərərçəkənlərə ümumilikdə 7 min 150 manat maddi zərər vurub.

Bundan başqa, Nizami rayonu ərazisində bir nəfərə məxsus “Hyundai” markalı avtomobildən 3 min manat oğurlayan əvvəllər məhkum olunmuş 25 yaşlı Ə.Zeynalov da saxlanılıb.

Araşdırmalar aparılır.