Sumqayıtda 64 yaşlı kişinin meyiti TAPILDI

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.
1961-ci il təvəllüdlü Silnov Aleksandr Viktoroviçin meyiti yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.