Sumqayıtda qadın ərini BIÇAQLADI

 09:20 29.04.2025     131

Sumqayıtda 38 yaşlı qadın ərini bıçaqlayıb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.