Abşeronda biraylıq körpənin ölümünün ilkin səbəbi açıqlandı - YENİLƏNİB

 11:13 29.04.2025     303

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25.04.2025-ci il tarixində saat 17:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən yenidoğulmuşun boğulması səbəbilə çağırış daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Report"a bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 24.03.2025-ci il tarixli yenidoğulmuşun qızın həkiməqədər ölüm faktı qeydə alınıb.

Ailənin bildirdiyinə görə, yenidoğulmuş çimizdirilərkən boğulub.

09:24

***

Abşeronda 1 aylıq körpə evdə ölüb.

Redaktor.az xəbər verir ki, Saray qəsəbə sakini 24.03.2025-ci il təvəllüdlü İnci Quliyeva yaşadığı evdə ölüb.

Körpənin ölüm səbəbləri araşdırılır.