Nəzakət Məmmədxanova məhkəmə zalında həbs EDİLDİ

 13:57 29.04.2025     160

“Premium Bank” ASC-nin sabiq filial müdiri Nəzakət Məmmədxanova həbs olunub.

Redaktor.az xəbər verir ki, o, bankdan 461 min manat mənimsəməkdə təqsirli bilinib.

Onunla birgə bankın baş xəzinədarı da eyni ittihamla mühakimə edilib. Təqsirləndirilən xanımlar ikisi də azadlıqda idi.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Nəzakət Məmmədxanova 7 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Samirə Əliyevaya isə şərti cəza verilib.

Qeyd edək ki, cinayət hadisəsi “Premium Bank”ın 5 saylı filialında baş verib (Qafqazinfo).