Zabratdakı yanğın məhdudlaşdırıldı - VİDEO - YENİLƏNİB

 17:46 29.04.2025     161

Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən avtomobil təmiri sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

FHN-in Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

17:33

***

Sabunçu rayonu Zabrat qəsəbəsində obyekt yanır.

Redaktor.az xəbər verir ki, Zabratın mərkəzi küçəsində ikimərtəbəli tikilinin birinci mərtəbəsində qapı-pəncərə sexi kimi fəaliyyət göstərən obyektdə açıq alovla müşahidə edilən yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində  avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək (Qafqazinfo).