Ağcabədidə ağır yol qəzası oldu, ölənlər var

 23:45 30.04.2025     141

Ağcabədidə 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Minik maşınının traktorla toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, Salyan rayonu Qaraçala qəsəbə sakini, 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və sərnişini, Qazax rayonunun Qaymaqlı kənd sakini, 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.