Məhkəmə müğənni bacısını qətlə yetirən qardaşla bağlı qərar ÇIXARDI

Gəncə Apellyasiya Məhkəməsində müğənni Səbinə Abbasovanın qətlində təqsirləndirilən ögey qardaşı Hüseyn Abbasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Redaktor.az-ın oxu.az-a istinadla məlumatına görə, prosesdə şikayət araşdırılsa da, təmin edilməyib.
Məhkəmə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Qeyd edək ki, Hüseyn Abbasov ağır qətl hadisəsi törədib. O, 15 il əvvəl anasını qətlə yetirib və 12 il azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra o, müğənni olan ögey bacısı Səbinə Abbasovanı öldürmək qərarına gəlib.
2023-cü il noyabrın 2-də Hüseyn Abbasov bacısıgilə gələrək onu yaşadığı evin həyətində 14 bıçaq zərbəsi ilə qətlə yetirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Abbasov 19 il azadlıqdan məhrum edilib. O, cəzasının beş ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.