"Heç 10 min pul yığılmadı, borc tapdıq..." - "Uçan taksi" sürücüsünün gəlini

Aprelin 10-da Heydər Əliyev prospektində qəza törədən “Bolt” taksi sürücüsü Anar Nəcəfov əməliyyat olunaraq evə buraxılıb.
Redaktor.az xəbər verir ki, bu barədə pravda.az-a onun gəlini Münəvvər Nəcəfova məlumat verib. O bildirib ki, hazırda Anar Nəcəfov evində müalicə alır:
“Əməliyyat üçün lazım olan 10 min manat pul toplanmadı, özümüz borc-xərc tapdıq. Qəzada ziyan çəkən avtomobillərlə bağlı hələ heç bir iş getmir. Ən çox ziyan “Ford” maşına dəydi. Onun sahibi isə dedi ki, ziyanı sığorta qarşılayacaq. “Bolt” şirkətindən də bizə heç nə deyilməyib”.