Ağdamda 3 otaqlı ev yanıb - FOTO

 20:36 01.05.2025     251

Ağdamda 3 otaqlı ev yanıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadası cəlb olunub. Alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.