Qubada film kimi qəza: sürücü və sərnişin pəncərədən çölə düşdülər - VİDEO

Dünən Quba rayonunun Barlı kəndində ağır yol qəzası baş verib.
Redaktor.az “shimal.news”a istinadən xəbər verir ki, saat 16:00 radələrində Quba-Xaçmaz yolunda “VAZ 21015” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən “Tofaş” markalı maşına çırpılıb. İdarəetmədən çıxan “VAZ” körpü istiqamətində hərəkət edərək su kanalına düşüb.
Zərbənin təsirindən sürücü və sərnişin avtomobilin şüşələrindən çölə düşüblər. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qəzanın görüntülərini təqdim edirik: