Bir əlində telefon maşınların üzərinə “protiv” sürdü - VİDEO

 11:30 02.05.2025     178

Paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücü özünü videoya çəkərək “Tik-Tok” sosial şəbəkə hesabında paylaşıb.

Redaktor.az xəbər verir ki, 77-KY-123 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. O, axına qarşı hərəkət edərək qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb. Kadrda sürücünün işıqforun qırmızı işığında gözləmək istəmədiyi üçün xəta törətdiyi aydın şəkildə əks olunub.

Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cəriməylə nəticələnir (avtosfer.az).