19 yaşlı qızın hamamda meyiti TAPILDI

 12:08 02.05.2025     232

Bakı şəhəri Suraxanı rayonunda 19 yaşlı qız dəm qazından boğulub.

Redaktor.az-ın “Qafqazinfoya istinadla məlumatına görə, hadisə ötən gün Dədə Qorqud qəsəbəsində qeydə alınıb.

2006-cı il təvəllüdlü Şövqiyyə Hilal qızı Baxşıyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Yaxınları onun meyitini gecə saat 04 radələrində aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən