Məktəbdə yeməyin içindən ilan qalıqları çıxdı - yüzlərlə şagird zəhərləndi

 12:16 02.05.2025     197

Hindistanın Bihar əyalətində yerləşən Mokama şəhərindəki hökumət məktəbində baş verən zəhərlənmə hadisəsi ölkədə ciddi narahatlıq yaradıb.

Redaktor.az xəbər verir ki, yerli media orqanı "news18"in məlumatına görə, aprelin 24-də məktəb yeməyində ilan qalıqları tapıldıqdan sonra yüzlərlə şagird zəhərlənib.

Hadisə nəticəsində azı 22 uşaq xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə səbəb olan ilan qalıqları rəsmi olaraq təsdiqlənməsə də, yerli əhali məsələyə sərt reaksiya verib. Qəzəbli sakinlər məktəbə aparan əsas yolu nəqliyyata bağlayaraq məsul şəxslərin cəzalandırılmasını tələb ediblər.

Hazırda baş verən hadisə ilə bağlı rəsmi istintaq başladılıb.