Sumqayıtda DƏHŞƏT: külək hasarı maşının üzərinə aşırdı, sürücü öldü

 14:40 02.05.2025     120

Sumqayıtda külək hasarı aşırıb, ölən var.

Redaktor.az xəbər verir ki, Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisində qeydə alınıb.

Güclü külək hasarı 1980-ci il təvəllüdlü Natiq Haqverdiyevə məxsus "KamAZ" markalı maşının üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır (APA).