Bakıda 15 yaşlı qız itkin DÜŞDÜ

 17:40 02.05.2025     167

Bakıda yeniyetmə qız itkin düşüb.

Redaktor.az lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Musabəyov küçəsində yaşayan 15 yaşlı G. Əhmədova aprelin 30-da evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Bu barədə onun anası polisə müraciətində bildirib. Məlumata görə, yeniyetmə orta məktəblərin birinin 9-cu sinfində təhsil alır.

Müraciətlə əlaqədar Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.