Şirvanda yol qəzası oldu, yaralılar var

 22:38 02.05.2025     126

Şirvan rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin mərkəzində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.