Sumqayıtda yük avtomobili piyadanı vuraraq ÖLDÜRDÜ

Sumqayıtda yük avtomobilinin vurduğu piyada hadisə yerində ölüb.
Redaktor.az “Report”a istinadən verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.
1994-cü il təvəllüdlü Səxavət İbrahimovun idarə etdiyi “İsuzu” markalı avtomobil yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.