“Ağ Şəhər”də fəhlə hündürlükdən yıxılıb ÖLDÜ

Xətai rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, mayın 5-i saat 21 radələrində “Ağ Şəhər”dəki Yaşıl Ada küçəsi bina 21-də fəhlə işləyən Kürdəmir rayon sakini 1960-cı il təvəllüdlü Elman Niyazi oğlu Umudov 2-ci mərtəbədən yıxılıb.
O, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.