Məhkəmə atasını öldürən şəxs barəsində qərar VERDİ

 17:23 06.05.2025     85

Saatlıda atasını öldürməkdə təqsirləndirilən Rabil Ağayevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Təqsirləndirilən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübüta yetirildiyi üçün onun məcburi müalicəyə göndərilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, hadisə ötən il iyul ayında Saatlı rayonunda baş verib. Təqsirləndirilən Rabil Ağayev şəxsi münasibətlər zəminində atası Ramiz Ağayevin boğaz nahiyəsinə şüşə parçası ilə xəsarət yetirərək qətlə yetirib.