Avtomobilin vurduğu 16 yaşlı tələbə vəfat ETDİ

Mayın 6-da saat 12 radələrində Ağdaş şəhərində ağır yol qəzası baş verib.
Redaktor.az xəbər verir ki, rayon sakini Murad Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Vəfat edən Y.Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsidir.
Faktla bağlı cinayət işi başlanılıb (Qafqazinfo).